Orucluq kökəsi

Təbriz mətbəxində bu çörək növünə daha çox Ramazan bayramında üstünlük verilir. Mənbələrdə qeyd edilir ki, adınnan da bəlli olduğu kimi, bu çörəyi orucluqda bişirərlər. Bunun xəmirində un, yumurta, kərə (ya da yağ), bir az da şəkər olmalıdır. Xəmirin mayası sirkə artırılmış yoğurt olar. Bu çörəyin üzərinə yumurta sarısı sürtərlər. (28, 306) Sintaktik üsulla yaranan bu xörək adının birinci komponentində işlənən “orucluq” sözü kök + şəkilçi modelindədir və müsəlmanların müqəddəs bayramı anlamını kəsb edir. Türkiyə türkcəsində və Azərbaycan dilində bu söz orucluq kimi işləndiyi halda, başqırd dilində uraza, qazax dilində oraza, qırğız dilində orozo, özbək dilində rozə, tatar dilində uraza, türkmən dilində orəz, uyğur dilində roza ( 33, 664-665) formalarında işlənir.
On beş aşı
Oşala
OBASTAN VİKİ
Orucluq
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Naxçıvan kökəsi
Naxçıvan kökəsi və ya çöçəsi - Naxçıvan mətbəxi, bayram kökəsi. Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Naxçıvan mətbəxində parça bozbaş, küftə- bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun qarası isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair. Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. Azərbaycanda kabablar geniş yayılıb.Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir.